Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakının ən ucuz məktəb ləvazimatları olan bazardan - REPORTAJ/FOTOLAR

Bakının ən ucuz məktəb ləvazimatları olan bazardan - REPORTAJ/FOTOLAR


Yeni dərs ilinin başlamasına 1 aydan az vaxt qalıb. Demək olar ki, valideynlərin çoxu məktəb üçün alış-verişi avqustun ortalarından sonra həyata keçirir.



Bəs, bir məktəblini geyindirib-kecindirib məktəbə yola salmaq valideynə neçəyə başa gəlir?



A24.Az olaraq alış-veriş üçün Bakının ən ucuz bazarlarından hesab edilən 8-ci km bazarına yola düşdük.





Neftçilər metrosundan çıxan kimi  saysız-hesabsız paltar mağazaları,  bijuteriya, ayaqqabı, çanta satan butiklərlə rastlaşdıq. Yeri gəlmişkən deyim ki, bu mağazalardan hər cibə və zövqə uyğun geyim ala bilərsiniz.



8-ci km bazarına yaxınlaşanda mənzərə dəyişdi. Bir tərəfdə mer-meyvə  piştaxtaları var idi, digər tərəfdə isə məktəb ləvazimatları, məktəbli paltarları satılırdı.





İlk növbədə çantadan başlayırıq. Çantaların qiyməti keyfiyyətə görə dəyişir. 6 manatdan tutmuş 45 manatadək hər rəngdə, hər çeşiddə çanta almaq mümkündür.





Alıcıların sözlərinə görə, ən çox tələbat 25 manatlıq çantalarıdır.





Çünki onlar digərlərinə nisbətdə daha keyfiyyətlidir. 35-45 manatlıq çantalar isə daha dözümlüdür. Bu çantalar işlətməkdən asılı olaraq 2 il tab gətirə bilir.





Məktəbli formalarının qiyməti 35 manatdır.





Dəstə daxildir pencək, jilet, şalvar. Köynəyin qiyməti isə 9 manatdan başlayır.





15 manata da normal keyfiyyətdə köynək almaq mümkündür.









Şalvarların tək-tək qiyməti isə 12 manatdan başlayır.





Qızlar üçün ətək və köynəklərin qiyməti də 12-25 manat arasında dəyişir.





Ayaqqabılar 10 manatdan başlayaraq 45 manatadək çıxa bilir.



Qız məktəblilər üçün uzun kalqotkaların  qiyməti 2 manatdan başlayır.





Məktəb üçün xırda ləvazimatların qiymətləri isə belədir:



Plastilin Play Dough – 2.50 qəpik



Üzlük – 20-30 qəpik



Su qabı 4-8 manat, Termos – 12 manat,



Qələm 20-90 qəpik



Gündəlik 1.50 – 3 manat



Rəngli karandaş 1.50-6 manat



Dəftər 12 vərəqli -12 qəpik (Bakı istehsalı)



40 vərəqli dəftər – 50 qəpik



60 vərəq – 70 qəpik



100 vərəq – 1 manat 20 qəpik





Deməli valideyn övladını məktəbə yola salmaq üçün ən aşağı 150 manatından keçməlidir. Şagirdin sonradan alacağı dəftərlərin və iş kitabçalarının isə qiyməti bura daxil deyil.



Bir ailədən 2 uşaq məktəblidirsə,  valideynin işi müşküldür. Qeyd edək ki, biz hesablamanı ən aşağı limitlə aparmışıq.










Teqlər:
Bu xəbər cəmi 7190 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR