Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müəllimlərin işə qəbulunda biabırçılıq - 20 Yanvar faciəsindən xəbərsizdirlər

Müəllimlərin işə qəbulunda biabırçılıq - 20 Yanvar faciəsindən xəbərsizdirlər


Avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb.




Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 5225 nəfərin buraxıldığı müsahibə mərhələsində bu günədək artıq 3000-dən çox namizəd keçib.



Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.



Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Universitetə yaxınlaşdıqca qələbəliyin də artdığının şahidi olursan. Qapının qarşısı isə keçilməzdir. Buraya toplaşan namizədlər içəri girməyə can atır. Ancaq qapıda dayanan mühafizə polisi hər şığıyanı içəri buraxmır.

İçəridə də sırasını gözləyənlər var. İki sıra düzülən namizədlər qeydiyyat bölməsində müvafiq prosedurdan keçir. Burada onların diplomlarının uyğunluğu yoxlanılır. 



Məlumatda bildirilib ki, komissiya üzvləri hər namizədlə bağlı qərarını verərkən bir çox məqamı nəzərə alır. “Bəzən bir namizədlə bağlı fikirləri üst-üstə düşür, bəzən isə hər biri fərqli düşünür. Belə olanda müzakirə edirlər. Bəzən komissiya üzvlərinin müzakirəsi tamamlanmadan növbəti namizəd gəlir. Məcburən onu bir az gözlədirlər. Masa başında ayaq üstə gözləyən namizəd diqqətimizi çəkdiyindən maraqlanırıq. Nəyə qərar verə bilmirlər? Komissiyanın müəllimliyə layiq hesab etmədiyi həmin şəxs və ya şəxslər kimlərdir? Əsasən passiv, həvəssiz görünənlər, sadə suallara cavab verə bilməyənlər, dünyagörüşü zəif olanlar müəllimliyə uyğun görülmür.



Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə görə, bəzilərinin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: “Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə qarşı biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədi ilə törədib”.



R.Məmmədovun sözlərinə görə, bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb”.


Teqlər:
Bu xəbər cəmi 2560 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR