Suraxanı rayonunun Ramana qəsəbəsində “Hyundai” markalı avtomobillə 60-65 yaşlı qadın vurulub.
“Yenimeydan.info” DİN-in saytına istinadən xəbər verir ki, ötən gün saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Nazim Nuriyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.