Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

RÜSTƏM İBRAHİMBƏYOV: "HƏBSDƏN DƏ, ÖLDÜRÜLMƏKDƏN DƏ QORXMURAM"

RÜSTƏM İBRAHİMBƏYOV:
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov BBC-nin Rusiya xidmətinə müsahibə verib. Musavat.com-un məlumatına görə, Rüstəm İbrahimbəyov bildirib ki, Azərbaycanda seçkiqabağı vəziyyət çətindir. Çünki, 1993-cü ildən ölkədə seçkilər saxtakarlıqla keçirilir: “Bu səbəbdən əsas siyasi partiyalar, hüquq müdafiəçi təşkilatları, parlaq ictimai xadimlər Demokratik Qüvvələrin Milli Şurasında birləşdilər. Mən bu Şuranın sədri seçildim. Demək olar ki, son 20 ildə müxalifətin belə geniş birliyi olmamışdı”. Müxbirin “Axı sizin siyasi təcrübəniz yoxdur, siyasi mübarizədə iştirakınızı necə təsəvvür edirsiniz?” sualına cavabında Rüstəm İbrahimbəyov bildirib ki, bir neçə il əvvəl Azərbaycanda Ziyalılar Forumu yaradıb. Kinorejissor bildirib ki, siyasətlə məşğul olmaq həvəsində deyil. Ona görə də vahid namizəd olmaqla bağlı hələlik razılıq verməyib. “Mən normal insan kimi həm həbsdən, həm də öldürülməkdən qorxuram”, - Rüstəm İbrahimbəyov deyib. O, xatırladıb ki, REAL sədcri İlqar Məmmədov tənqidi fikirlərinə və prezidentlik iddiasına görə həbs edilib. Rüstəm İbrahimbəyovun fikrincə, hakimiyüyət istənilən adamı zərərsizləqdirməyə çalışır və hər zaman təhlükə mövcuddur. “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqından danışan Rüstəm İbrahimbəyov bildirib ki, bu təşkilat Rusiyadakı azərbaycanlılarının taleyi ilə məşğuldur: “Ora iki-üç varlı şəxs də qoşulub və üzvlər arasında Azərbaycan prezidentinə kifayət qədər yaxın adamlar da var”. Rüstəm İbrahimbəyovun dediyinə görə, Rusiya Azərbaycan Təşkilatları İttifaqı onun prezidentliyinə namizədliyini dəstəkləməkdən qətiyyətlə imtina edir: “Çünki, onlar kifayət qədər ehtiyatlı adamlardırlar və siyasətə qarışmaq istəmirlər”.

Teqlər:
Bu xəbər cəmi 1125 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR