Keniyanın hazırki prezidenti Uxuru Keniata ikinci müddətə prezident seçilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçki komissiyasının məlumatına görə, Keniata səslərin 54,3 faizini toplayıb. Bununla da əsas rəqibi olan keçmiş baş naziri qabaqlayıb.
Müxalif koalisiya isə daha əvvəldən bəyan etmişdi ki, səslərin hesablanması “məzhəkədir”. Lakin beynəlxalq müşahidəçilər seçkiləri ədalətli və düzgün olaraq qiymətləndiriblər.