“MİDA inşa etdiyi evlərin 20 faizini kommersiya məqsədləri üçün satarsa, mənzil bazarında rəqabət yaranar”
“Yenimeydan.info” xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib. O, bildirib ki, əhalinin aztəminatlı hissəsinin güzəştli şərtlərlə tikilən sosial mənzillərə ehtiyacı var və agentliyin inşa etdiyi mənzillər ilk növbədə iqtisadi cəhətdən orta səviyyədən bir qədər aşağı olan təbəqə üçündür.
Baş memar bildirib ki, MİDA-nın təklif etdiyi qiymətlər kifayət qədər yaxşı və cəlbedicidir. Dövlət Agentliyi tikdiyi mənzillərin 80 faizini əsas şərtlərlə, 20 faizini isə kommersiya məqsədləri üçün sata bilər. Belə olan halda, MİDA mənzil bazarı ilə rəqabətə girəcək. Mənzil bazarı isə qiyməti aşağı salmağa məcbur olacaq.