Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərindəki yataqxana binasında baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır.
“Yenimeydan.info” Azərtac-a istinadən xəbər verir ki, avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.
Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.
Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.