Bu ilin may ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,9 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə bildiriblər ki, yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, xidmət tarifləri isə 3,3 faiz bahalaşıb.
2013-cü ilin may ayında istehlak qiymətlərinin bazis indeksi 2013-cü ilin aprel ayı ilə müqayisədə 0,1 faizi ucuzlaşıb, əvvəlki ilin yanvar-may aylarına nisbətən isə 0,5 faiz bahalaşıb (anspress).