İqlim dəyişikliyi, yeni müharibələr və terror aktları hazırda Almaniya vətəndaşlarını hər şeydən çox qorxudur. Bunu Kantar Emnid ictimai rəyin öyrənilməsi institutunun Funke media qrupu üçün keçirdiyi sorğunun nəticələri göstərir.
Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, sorğunun yekunlarına əsasən, almanların 71 faizi qlobal istiləşməni başlıca təhlükə hesab edir. Rəyi soruşulanların 65 faizi yeni müharibələrdən, 63 faizi isə terror aktlarından qorxduğunu bildirib. Qorxu reytinqində sonrakı yerləri cinayətkarlıq (62 faiz), qocalıq vaxtının kasıblığı (59 faiz), mühacir axını (45 faiz) və işsizlik (33 faiz) tutur.
Sorğu iyulun 26-da və 27-də Almaniyanın min vətəndaşı arasında aparılıb. Respondentlərə sorğuda təqdim olunan yeddi variantdan bir neçəsini seçməyə icazə verilib.