Sabah Bakıda və Abşeron yarımadasında avqustun 02-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
Avqustun 02-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Avqustun 02-04-də Abşeron yarımadasında isti hava şəraiti və rütubətliyin nisbətən çox olması meteohəssas insanlar üçün əlverişsizdir.