“yenimeydan.info ”nun APA-ya istinadən məlumatına görə, təyinat barədə məlumatı Savalan Mirzəyevin özü də təsdiqləyib. Qeyd edək ki, soydaşımız ixtisasca hüquqşünasdır. 2009-cu ildən Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışıb, 27 yaşı var, ailəlidir, bir qızı var.
1986-cı il təvəllüdlü S. Mirzəyev 2007-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, bu vəzifəyə təyin olunmamışdan əvvəl soydaşlarımızın kompakt yaşadığı bölgələrdə müxtəlif vəzifələrdə çalışıb, Kvemo-Kartli bölgəsində və digər bölgələrdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından tanışdır. S.Mirzəyev hansı vəzifədə çalışmağından asılı olmayaraq, azərbaycanlı gənclərin dövlət strukturlarında vəzifəyə təyin olunmasına çalışıb və gənclərin Gürcüstanın dövlət dili olan gürcü dilinin öyrənməsinə və onların Gürcüstan cəmiyyətinə inteqrasiya olunmaları üçün dövlət layihələrinin həyata keçirilməsinə kömək edib, eyni zamanda azərbaycanlı qeyri-dövlət təşkilatlarının rəhbərləri ilə soydaşlarımızı narahat edən məsələlərin həllinə çalışıb.