ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı tətbiq olunan sanksiyaları götürmək niyyətində deyil.
“Yenimeydan.info” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders deyib.
“Prezident açıq şəkildə bu üç ölkəyə qarşı mövcud olan sanksiyalara dəstəyini bildirib. O, onlardan (sanksiyalaradan - red.) qurtulmaq niyyətində deyil və istəyir ki, amerikalıların daha yaxşı sövdələşmə imkanını təmin eləsin”,- deyə Sanders bildirib.