Çin İnternet İdarəsi (CAC) bu ilin aprel, may və iyun aylarında qanunsuz 3918 saytı bağlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saytların fəaliyyətinə milli təhlükəsizliyi təhdid, şiddətə təşviq və yalan məlumatlar yayaraq cəmiyyət arasında narahatlıq səbəb olmaq iddiaları ilə son qoyulub..
Bundan başqa, 810 min insanın internetdəki müxtəlif hesabları blok edilib.
Qeyd edək ki, Çində “Facebook”, “Youtube”, “Twitter” kimi saytllara giriş qadağandır. Bunlara alternativ olaraq “Sina”, “Youku” və “Wechat” kimi yerli saytlardan istifadə edilir.
Ölkədə bəzi saytlardan qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etmək tələb edilir.