Jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarları bu ilin dekabr ayında veriləcək.
"Yenimeydan.info"nun Lent.az-a istinadən məlumatına görə, bu barədə AzTV-nin "Günün nəbzi" verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır:
"Biz birinci binanın 2013-cü ilin iyulun 22-də açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik və həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, bu məsələ ilin sonuna qədər həll olunacaq və açarlar dekabr ayında təntənəli şəkildə sahiblərinə təhvil veriləcək".