İran 2016-cı il ərzində terrorizmin aparıcı sponsoru olaraq qalıb.
Yenimeydan.info Milletinsesi.az-a istinadən xəbər verir ki, bu barədə informasiya ABŞ Dövlət Departamentinin hesabatında yer alıb. Hesabatda Tehranın dəstəklədiyi qruplaşmaların hələ də ABŞ və onun müttəfiqləri üçün təhdid olduğu bildirilib.
Vaşinqton Hizbullaha tətbiq edilən sərt maliyyə sanksiyalarının belə onun gücünə az təsir etdiyini etiraf edib. Sənəddə, həmçinin, İranın İraq, Suriya və Yəməndə qeyri-stabilliyin yaradılmasında mühüm rol oynadığı vurğulanıb.