Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ daha çox əyalətin Bodrum və Dacia şəhərlərində hiss olunub.
“Yenimeydan.info” xəbər verir ki, Bodrumda istirahətdə olan məşhur simalar da sosial şəbəkədə hadisəylə bağlı paylaşım edib.
Teleaparıcı İlkin Həsəni qaldıqları oteldə hər kəsin həyətdə olduğunu söyləyib:
“Ekstrim istirahətimiz davam edir. Rəsmən 2000-ci ildə baş verən Bakı zəlzələsinin həyəcanını yaşadıq. 6.8 bal ,nə bal! Bütün otel həyətdədir. Salamatçılıqdır,dağıntı və tələfat yoxdur”.
Bundan əlavə, Həsəni hadisə yerindən çəkilən fotoları izləyiciləri ilə bölüşüb.