Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Seçkidən sonra bahalaşma olacaqmı?

Seçkidən sonra bahalaşma olacaqmı?
Ekspert hesab edir ki, mövsümi amillərin təsiri ilə qiymət bahalaşması başlayır


Azərbaycanda hər dəfə prezident seçkilərindən sonra bahalaşma müşahidə edilir. Yalnız ərzaq məhsullarının deyil, digər məhsulların, tikinti materiallarının da qiymətləri artır. Bu hal xüsusən də 2003-cü ilin prezident seçkilərindən sonra ortaya çıxdı və indi də davam edir. Bu il də seçki ilidir. Bu seçkilərdən sonra da bahalaşma gözlənilirmi? 



İqtisadçı ekspert Qubad İbadoğlu bahalaşmanın mövsümi amillərin təsiri ilə baş verdiyini bildirdi: “Azərbaycanda prezident seçkiləri payız ayında keçirilir. Payız ayında da mövsümi amillərin təsiri ilə qiymət bahalaşması başlayır. Prezident seçkilərindən sonrakı dövr noyabr və dekabr aylarıdır. Bu aylarda da Azərbaycanda bostan və tərəvəz məhsullarının qiymətlərinin yay mövsümü ilə bağlı ucuzlaşma mərhələsinin başa çatdığı bir dövrdür. Buna görə də mövsümi amillərin təsiri siyasi amillərin təsirindən daha çox olur. Düşünürəm ki, bu il də belə olacaq. Seçki ili ilə bağlı bizdə artıq məlumatlar var ki, ticarət, biznes qaydalarında müəyyən dəyişikliklər baş verir və hökumət daha çox nəzarət etməyə çalışır. Yəni seçkilər ərəfəsində qiymət artımına müəyyən qədər məhdudiyyət qoyulur.





İndiki vəziyyətdən danışsaq, demək olar ki, iyun ayında da qiymətlərin ümumi səviyyəsində ucuzlaşma baş verir. Bu da kənd təsərrüfatı məhsulları ilə əlaqədardır. Ola bilər ki, avqust ayında daha da ucuzlaşma müşahidə edilsin".


Teqlər:
Bu xəbər cəmi 2085 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR