Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İsgəndər Xəlilovun obyekti hərraca çıxarıldı

İsgəndər Xəlilovun obyekti hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Teleqrafı” ASC-nin səhmlərinin 97,38 faizi üzrə investisiya müsabiqəsi elan edib; 4 milyon dollara görə milyarderin obyekti əlindən alındı


Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Teleqrafı” ASC-nin səhmlərinin 97,38 faizini investisiya müsabiqəsinə çıxarıb. 7 il əvvəl bu səhmlər “Polton Vencars ltd.” (Böyük Britaniya) şirkətinə satılıb. Şirkət Rusiyada yaşayan azərbaycanlı biznesmen, “İSR” Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilova məxsusdur. Bu barədə contact.az saytı məlumat yayıb. 



2012-ci ildə “Bakı Teleqrafı” ASC İdarə Heyətinin sədri Həsən Mustafayev qəflətən bildirdi ki, öhdəliklərə əməl edilmədiyi üçün investisiya müsabiqəsinin nəticələri ləğv olunub. 2006-cı ilin iyununda Əmlak Məsələləri Dövlət Komitəsi Britaniya şirkətini “Bakı Teleqrafı” ASC-nin səhmlərinin 98,8 faizinin satışı üzrə müsabiqənin qalibi elan etdi. Şirkət 4 ildə müəssisəyə 4 milyon dollar vəsait qoymalı, dövlət büdcəsinə 2,4 milyon manat köçürməli, komitəyə 40 min özəlləşmə çeki və 40 min özəlləşmə opsionu (xarici investora dövlət əmlakının özəlləşdirilməsində dövlət özəlləşdirmə çeklərindən istifadə etmək hüququ verən, nağdsız formada buraxılan adlı qiymətli kağız -red.) təqdim etməli idi. Ancaq komitə bu öhdəliklərin icrası üzrə cəmiyyətə heç bir informasiya vermədi.





Səhmlər dövlətə qayıdandan sonra 2012-ci ilin martında Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Teleqrafı” ASC-nin nizamnamə kapitalını 969 min manat azaltdı. Beləliklə, ASC-nin nizamnamə kapitalı 821 min manat təsdiq edilib. Bu, “Bakı Teleqrafı”nın on mərtəbəli binasının sökülməsi ilə bağlıdır. Ancaq ASC ona dəyən ziyana görə kompensasiya almadı. İsgəndər Xəlilov "Bakı Teleqrafı"nın yerində 5 mərtəbəli elitar yaşayış evi tikdirdi.

Hazırda “Bakı Teleqrafı” ASC profili üzrə işləyir və “Azərpoçt”un binasında yer icarəyə götürüb. Komitənin məlumatına görə, indi ASC-də 15 nəfər işləyir. Bir il əvvəl işçi sayı 32 nəfər idi. Bu dəfə səhm almaq üçün investorlar investisiya proqramı ilə yanaşı, dövlət büdcəsinə ən azı 530 min manat köçürmək barədə təklif verməlidirlər.

“Bakı Teleqrafı”nın binası 1982-ci ildə tikilmişdi. Müəssisə Azərbaycan prospekti-41 ünvanında 0,5374 hektar sahəni tuturdu. ASC-də 32 nəfər çalışırdı. İndi ASC “Azərpoçt” MMC-nin binasında yerləşir.

Böyük ehtimalla ASC-nin İsgəndər Xəlilovdan geri alınması öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyil. İ.Xəliliov kimi iri çaplı oliqarx üçün 4 milyon dollar investisiya yatırmaq, dövlət büdcəsinə 3 milyon dollar ödəmək çox kiçik məbləğdir. Sadəcə, ölkədə kommunikasiya müəssisələrinin inhisara alınması prosesi gedir. Ona görə də yerli oliqarxların təzyiqi ilə “Bakı Teleqrafı” ASC İsgəndər Xəlilovdan geri alınıb. Güman ki, İ.Xəlilovun biznesinin təqib edilməsi onun Azərbaycan hökumətinin nəzarətindən kənarda yaradılan Rusiyanın Azərbaycan Təşkilatları İttifaqına (RATİ, ancaq daha çox “Milyarderlər İttifaqı” adı ilə tanınır) qoşulmasına görədir.

Yada salaq ki, ötən ilin payızında Rusiyada yaşayan azərbaycanlı iş adamları Abbas Abbasov, Vahid Ələkbərov, Araz Ağalarov, Ramazan Abdulatipov, Rüstəm İbrahimbəyov, Telman İsmayılov, Söyün Sadıqov və İsgəndər Xəlilov bir araya gələrək RATİ-ni təsis ediblər. Rəsmi Bakı bu qurumun yaradılmasına çox aqressiv reaksiya verdi, bunu “Azərbaycanın lobbi təşkilatlarını parçalamaq” cəhdi kimi dəyərləndirdi. O vaxt RATİ-nin təsisçilərinin Azərbaycanda biznesinin təqib olunması ilə bağlı versiyalar da səslənirdi. İ.Xəlilovun biznesinin təqib edilməsi göstərir ki, bu versiyalar əsassız deyilmiş.

İ.Xəlilov 1955-ci ildə Bakıda anadan olub. Bakıda Xalq Təsərrüfatı İnstitutunu, Moskvada isə Hüquq Akademiyasını bitirib. O, biznesə 1980-ci illərin ortalarında Rusiyada restoran biznesi ilə başlayıb. Xəlilovun əsas biznes uğurları isə sovetlər sisteminin çökməsi ilə eyni vaxta düşür. Rusiyanın aparıcı neft şirkətlərindən olan “LUKoil”un prezidenti Vahid Ələkbərovla dostluq edən İ.Xəlilov şirkətin indiki ilə müqayisədə fantastik dərəcədə ucuz olan səhmlərinin bir hissəsini alır. 1995-ci ildə isə Xəlilov bu gün dünyanın 30 ölkəsi ilə ticarət əlaqələri quran məşhur ISR-Holdinqini yaradır. Holdinqdə ümumilikdə 35 minə qədər işçi çalışır.

İ.Xəlilovun Azərbaycanda böyük biznes şəbəkəsi var: Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, keçmiş “İnturist”, “Azərbaycan” hotelləri, “Mc.Donald’s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Əli Bayramlıda, Xaçmazda meyvə şirəsi zavodları ona məxsusdur.


Teqlər:
Bu xəbər cəmi 2735 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR