Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsində kadr dəyişikliyi olub. “Qafqazinfo”nun məlumatına şöbənin rəhbəri Şəfaqət Kazımova başqa şöbəyə keçib.
Hələ ki, Mətbuat Xidmətinin rəhbərliyinə yeni təyinat olmayıb.
“Qafqazinfo” məsələ ilə bağlı Ş. Kazımova ilə əlaqə saxlayıb. O bildirib ki, öz xahişi ilə İctimaiyyətlə Əlaqələr şöbəsindən Reklam və protokol şöbəsinə keçib: “Bundan sonra fəaliyyətimi bu şöbədə davam etdirəcəm”.