Bir qədər əvvəl "Para" BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər yaymışdıq. Dünən Xətai Məhkəməsində məhkəmənin hakim Namidar Misirzadənin sədrliyi ilə hazırlıq iclası keçirildi və 10 iyun 2017 cil saat 11:00-a məhkəmə təyin edildi.
Milletinsesi.az xəbər verir ki, artıq məhkəmə olmayacaq. Bank tərəfindən şəhidin borcu silinib.
Şəhid atası Həsən Qasımovun verdiyi məlumata görə, hazırda onun ailəsi deputat Qənirə Paşayeva ilə birgə bankdadır:
"Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır.
Deputat Qənirə Paşayeva şəhidin ailəsinə bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub:
"Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.