Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlikdən yayılan video ilə bağlı - Açıqlama

Nazirlikdən yayılan video ilə bağlı - Açıqlama


“Sosial şəbəkələrin birində İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində guya meşələrin meşə işçisi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı təhrif olunmuş videogörüntü yayılıb. Qeyd edək ki, həmin ərazi meşə fondu torpağı deyil, bələdiyyə ərazisidir. Video görüntüdəki şəxsin isə meşə sisteminə heç bir aiddiyyatı yoxdur, o fermerdir”.



“Yenimeydan.info” xəbər verir ki, bu barədə Ekollogiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.



“Qaraqaşlı kənd sakinləri Kövsər Əhmədov və Seyid Seyidov tərəfindən İmişlidə meşələrin qanunsuz kəsilməsi ilə bağlı şikayət hələ cari il aprelin 9-da nazirliyə daxil olub və dərhal yerində araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, birincisi, sözügedən ərazi meşə fondu deyil, İmişli rayon Qaraqaşlı bələdiyyəsinin mülkiyyətinə aiddir.



İkincisi, kənd təsərrüfatı təyinatlı 75 hektarlıq bu torpaq sahəsi Qaraqaşlı bələdiyyəsinin 2005-ci il 21 fevral tarixli icarə müqaviləsi ilə əkinçilik məqsədləri üçün Qaraqaşlı kənd sakini Əfrayil Əsədova 30 il müddətinə icarəyə verilib və icarə müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin çıxarış sənədi ilə rəsmiləşdirilib. Üçüncüsü, Əfrayil Əsədovun meşə sisteminə heç bir aidiyyəti yoxdur və o fermerdir", - məlumatda bildirilib.



Nazirliyin açıqlamasında qeyd edilib ki, sözügedən ərazidə əvvəllər pambıq əkilib və uzun müddət istifadə edilmədiyinə görə sahəni yabanı yulğun kolları basıb:



"Torpaq istifadəçisi kənd təsərrüfatı bitkiləri əkmək məqsədi ilə ərazini yulğun kollarından təmizləyib. Lakin kolların təmizlənməsinə dair icazə sənədi alınmadığına və yabanı yulğun kollarının qanunsuz təmizləndiyinə görə onun barəsində akt və protokol tərtib edilərək ümumilikdə 4 220 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Toplanmış sənədlər ədalətli və hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.



Bir neçə ay öncə nazirlik tərəfindən araşdırılaraq tədbir görülmüş köhnə məlumatın sosial şəbəkədə yeni məlumat kimi gündəmə gətirilməsi və reallığın təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılması yalnız şantajla məşğul olan reket saytların maraqlarına xidmət edir. Reallıqdan xəbərsiz olan sosial şəbəkə izləyiciləri isə bilmədən bu reketçilərin “tor"una düşür, ədalətsiz və haqsız fikirlərə, təhqirlərə yol verərək şantajçıların dəyirmanına su tökmüş olurlar.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, hər hansı ekoloji qanun pozuntusu ilə bağlı faktlarla rastlaşdıqları zaman nazirliyin 168 nömrəli “Qaynar xətt”inə və ya rəsmi "facebook" səhifəsinə məlumat versinlər. ETSN zəmanət verir ki, daxil olan şikayət dərhal vətəndaşın öz iştirakı ilə yerində araşdırılacaq".


Teqlər:
Bu xəbər cəmi 3300 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR