Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start götürəcək. “Yenimeydan.info” xəbər verir ki, ölkəmizdə ardıcıl ikinci dəfə keçiriləcək yarışın ilk günündə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.
İkinci mərhələsi isə “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 8-ci yürüşündə saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar.
Bundan sonra yenidən “Formula-2” iştirakçıları mübarizəyə başlayacaq.
İlk mərhələnin son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Tarkanın konserti ilə yekun vurulacaq.
Bakı Şəhər Halqası
Döngə sayı – 20
Dövrə - 51
Əsas yarış günü – 25 iyun
Halqanın uzunluğu – 6,003 km
Ümumi məsafə - 306,049 km
Rekord – Niko Rosberq 1:46.485 (2016)