Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun baş direktoru Mixail Kutsişvili Çempionlar Liqasında baş tutacaq “Samtredia” – “Qarabağ” oyunundan danışıb. “Qafqazinfo” xəbər verir ki, gürcü klubunun rəsmisi görüşün maraqlı olacağını bildirib.
O, “Qarabağ”ı cütün favoriti adlandırıb: “Çox maraqlı oyun olacaq. Əslində büdcə baxımından 2 müxtəlif səviyyəli klub üz-üzə gələcək. “Qarabağ” daha güclü və yüksək səviyyəli komandadır. Cütün favoriti azərbaycanlıları hesab etmək olar. Lakin futbolda nəticəni proqnozlaşdırmaq çətindir. Ümid edirəm ki, “Samtredia” qələbə qazanar”.
Qeyd edək ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Samtredia” arasında ilk görüş iyulun 11-də Bakıda, cavab qarşılaşması iyulun 18-da Tbilisidə baş tutacaq.