Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ermənilərin qəfil hücum planı nəyə hesablanıb?

Ermənilərin qəfil hücum planı nəyə hesablanıb?


“Ermənistanın Azərbaycana sarsıdıcı zərbə planları baş tutmayacaq, çünki hazırda cəbhə xəttində üstünlük tamamilə Azərbaycan ordusunun tərəfindədir”. 



“Yenimeydan.info” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri fonunda cəbhədə baş verən hadisələri şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib. Onun sözlərinə görə, ermənilərin son zamanlar cəbhədəki gərginliyi artırmasının əsas səbəbi odur ki, Ermənistanda sosial-iqtisadi vəziyyət həddindən artıq pisləşib, kənd təsərrüfatı sahəsində tənəzzül var, kəndçilər hətta məhsullarını bazara çıxara bilmirlər:



"Nəqliyyat sektorunda gerilik var, ölkəyə giriş-çıxış minimuma enib. Qısası, Ermənistanda iqtisadi böhran var və ölkədə ab-hava üsyana yaxın durumdadır. Ermənistan rəhbərliyi - Dağlıq Qarabağın erməni klanı isə bunun əvəzində cəbhədə vəziyyəti yenidən gərginləşdirmək və müəyyən uğurlar əldə etməklə öz yerini möhkəmləndirmək istəyir. Lakin onların arxayın olduqları amerikan teplovizorları və Rusiyadan aldıqları silahlar cəbhədə üstünlük əldə etmək üçün yetərli olmayıb. Bunu ermənilərin son günlər verdikləri itkilərin sayından da bilmək olar. Son olaraq isə Azərbaycan Ordusu kəşfiyyat-təxribat qrupunun bir diversantını ələ keçirib".





Ekspertin fikrincə, bu gərginləşmənin ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri fonunda baş verməsi də təsadüfi deyil: "Ermənistanın məqsədi odur ki, qoşunların təmas xəttində kəşfiyyat sistemləri yerləşdirilsin və guya atışmalar olan zaman təqsirkar müəyyən edilsin. Əslində isə Ermənistan bununla mövcud status-kvonu saxlamaq niyyətindədir. Ermənilər təmas xəttinin rəsmi xəttə çevrilməsini və həmsədrlər tərəfindən nəzarətə götürülməsini istəyirlər. Əlbəttə ki, bu, Azərbaycan üçün qəbuledilməzdir. Hesab edirəm ki, vasitəçilərin son səfəri zamanı apardıqları danışıqların nəticələri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışına əsaslanacaq. Əsas istiqamət Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılması məsələsi olacaq".



E.Ələsgərov hesab edir ki, Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir: "Ermənistan ordusu dəfələrlə kəşfiyyat əməliyyatları həyata keçirib. Çünki onların ağzında hələ 22-24 il əvvəlki müharibənin dadı qalıb. Ermənilər istəyir ki, qəfil hücumla Azərbaycana sarsıdıcı zərbə vursunlar. Lakin indi vəziyyət çox dəyişib. Onlar kəşfiyyat aparsalar da, bizim ordumuz da müasir texnologiyaların köməyi ilə oradakı vəziyyətə nəzarət edir. Əgər onlar hansısa qruplaşmanı təmas xəttində önə çəkərlərsə, anında da raket-artilleriya qüvvələri tərəfindən darmadağın ediləcəklər. Yəni indiki vəziyyətdə cəbhə bölgəsində təşəbbüs Azərbaycan ordusunun tərəfindədir və Ermənistan ordusunun bu məngənədən çıxış yolu yoxdur. Ermənilərin əhalini Talış kəndinə qaytarmaq planı da artıq iflasa uğrayıb. Ermənilər özləri məlumat yayıb ki, Talışdan 2 minə yaxın erməni Ermənistana köçüb. Yəni Ermənistan artıq bu köçün də qarşısını bilmir. Belə vəziyyətdə onlar hərbi təxribatlara əl atırlar. Onlar Rusiya ilə hərbi ittifaqın kölgəsi altında Azərbaycana qarşı zərbə tədbirləri planlaşdırırlar. Lakin diversantın ələ keçməsi göstərir ki, onların bu planları da iflasa uğrayır. Hazırda vəziyyət bir neçə il bundan əvvəlkindən tam fərqlidir və təşəbbüs ordumuzun tərəfindədir. Ötən ilin aprel döyüşləri, daha sonra "OSA"nın və bir sıra döyüş texnikalarının vurulması, nəhayət, ermənilərin çoxlu itki verməsi və bir nəfərin də əsir götürülməsi buna əyani sübutdur".


Teqlər:
Bu xəbər cəmi 2740 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR