ABŞ-ın cənub-qərb bölgəsində anomal isti hava şəraitində görə dörd nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlardan ikisi Kaliforniyada dünyasını dəyişib. Ölənlər 72 və 87 yaşlarında olublar.
Digər ikisi isə Nyu-Meksika ştatında ölüb. Ölən kişilər 57 və 21 yaşlarında olublar.
Ölkənin cənub-qərbində anomal istilər bu həftənin əvvəllərindən müşahidə edilməyə başlayıb. İstilərə görə Finiks şəhərindəki aeroportda onlarla aviareys təxirə salınıb.