Fövqəladə Hallar Nazirliyi “Cəlilabad” ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 4600 m2 olan “Cəlilabad” ticarət mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2 sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.