Bir çox hallarda qəbizliyin səbəbi hər hansı xəstəlik deyil, düzgün olmayan qidalanma və həyat tərzi olur.
Müasir insanlar çoxlu emal olunmuş qidaları, fast-fud yeyir, az təmiz su içir və hərəkət edir ki, bütün bunlar qəbizliyə gətirib çıxardır.
Xalq təbabətində qəbizliklə mübarizə etmək üçün çoxlu sayda təbii vasitələr vardır ki, bu vasitələr ziyansız və effektlidir. Sizə belə bir vasitəni təqdim edirik.
400 qr ərik qurusu, 400 qr qara gavalı və 200 gr duru bal götürülür. Ərik qurusu və qara gavalı blenderdən keçirilir, qarışdırılır, bal əlavə olunur, yenə qarışdırılır.
Hər axşam bu qarışıqdan 1 x.q. qəbul edin. Qidalı lıflər və kaliumla zəngin olan ərik qurusu və qara gavalı qəbizliyi aradan qaldırmağa kömək edir.