Azərbaycan tolerantlıq nümunəsidir və burada antisemitizm naməlum anlayışdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın “News Blaze” nəşrində yer alan məqalədə yazılıb.
Məqalədə qeyd olunur ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə İsrail yeni suveren dövləti tanıyan ilk ölkələrdən olub:
“Hər iki ölkə mürəkkəb regionlarda yerləşib. Zirvədə qalmaq və irəliləmək üçün müdrik diplomatiya və siyasi manevr tələb olunur”.
Müəllif yazır ki, baxmayaraq ki, İsrail və Azərbaycan müxtəlif mədəniyyətlərə malikdir, bu, iki ölkə arasında yaxşı münasibətlərin qurulmasına mane olmur, əksinə, bir-birinə hörmət etmənin mümkün olduğunun bariz nümunəsidir.