Avropa İttifaqı (Aİ) qaçqınların yerləşdirilməsi barədə 2015-ci ildə verilmiş qərara riayət etməyən Polşa, Macarıstan və Çexiya haqqında araşdırılma aparılmasını elan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada qeyd edilən ölkələr Yunanıstan, İtaliya və digər ölkələrə qaçqınların yerləşdirilməsi məsələsində yardım etməyiblər:
“Onlar sözlərinin üstündə durmadılar. Həmin üç ölkə qanun pozuntusuna yol verdiklərinə görə cəzalandırılacaq”, - deyə bildirilib.
Qeyd edək ki, cəzanın nədən ibarət olacağı açıqlanmayıb.