İyunun 14-də Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
UNEC-dən Trend-ə verilən məlumata görə, respublikanın tanınmış elm və təhsil mərkəzlərinin rəhbərlərinin qatıldığı konfransda Nobel mükafatçısı Aziz Sancar da iştirak edəcək.
Dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılacaq.
Konfrans çərçivəsində iyunun 13-də UNEC-də “Web Of Science” Sertifikasiya Proqramı üzrə seminar-treninq və “Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları”na həsr olunan təlim təşkil edilib. Eyni zamanda “Elmmetrik: Elm və texnoloji inkişaf” adlı kitabı təqdim edilib.
Konfrans 10:00-da “Boulevard” Hoteldə (X.Rüstəmov küçəsi 4C, “Tağıyev” zalı) keçiriləcək.
Konfransın proqramı http://unec.edu.az/application/uploads/2017/02/Universitetl-rd-elmi-f-aliyy-tin-m-asir-idar-etm-modeli-m-vzusunda-beyn-lxalq-elmi-praktik-konfrans_az.pdf
Qeydiyyat üçün (012) 497 58 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz