Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azercell”dən 1200 manatlıq maxinasiya

“Azercell”dən 1200 manatlıq maxinasiya


Azərbaycanda fəaliyyət göstərən mobil operatorların yarıtmaz fəaliyyəti barədə mətbuatda vaxtaşırı tənqidi məqalələr dərc olunur. Buna baxmayaraq mobil operatorlar nəinki göstərilən nöqsanları aradan qaldırırlar, əksinə daha da azğınlaşaraq açıq-aşkar istifadəçilərin cibinə girməkdən belə çəkinmirlər. Redaksiyamıza müraciət edən 050-322-23-78 nömrənin istifadəçisi Əliyev Əkbər Yavər oğlu “Azercell”in misli görünməmiş fırıldağı ilə üz-üzə qalıb. Bir həftəlik Moskva şəhərinə səfər edən Əkbər Əliyevin mobil telefonuna 1200 manatlıq borcla bağlı bildiriş gəlib. Baş verənlərin anlaşılmazlıq olduğunu düşünən istifadəçi “Azercell”ə müraciət edir. Şirkətdən ona bildirirlər ki, borc qanuni olaraq tətbiq edilib. Borcu belə əsaslandırıblar ki, 1 gün ərzində mobil telefondan internetə çıxış açıq olduğu üçün bu qədər məbləğ hesablanıb. Şikayətçi bildirir ki, mütəmadi olaraq işi ilə əlaqədar dünyanın müxtəlif ölkələrində olub. Bu zaman rouminq xidmətindən faydalanıb. Amma belə biabırçılıqla heç vaxt rastlaşmayıb. Məntiqlə düşünəndə vətəndaş 1 həftə ərzində istədiyi qədər rouminq xidmətindən yararlansa belə bu qədər məbləğin meydana gəlməsi ağlasığmazdır. Görünən odur ki, “Azercell” şirkəti vətəndaşları müxtəlif formalarda aldadaraq soymaqla məşğuldur.



 



Gün ərzində “Azercell” şirkətindən suallarımızı cavablandıracaq şəxs tapa bilmədik. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Problemi araşdıraraq baş verənlər barədə gələn yazılarımızd ətraflı məlumat verməyə çalışacağıq. 





 



 



Yazı çapa gedəndən sonra “Azercell”lə növbəti dəfə əlaqə saxlamağa cəhd etdik. Şirkətdən dəstəyi qaldıran Leyla adlı xanım bildirdi ki, məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün vətəndaş şəxsiyyətini təsdiq edən sənədlə birlikdə “Azercell”in ofisinə yaxınlaşa bilər. Borcun yaranma səbəbləri və digər məsələlərlə bağlı istifadəçini maraqlandıran bütün suallara göstərilən ünvanda aydınlıq gətiriləcək. 


Teqlər:
Bu xəbər cəmi 3720 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR