Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vətəndaşlar “Elektron hərrac” vasitəsilə daha cəld və minimum vaxt itkisi ilə hərraclarda iştirak edə bilər

Vətəndaşlar “Elektron hərrac” vasitəsilə daha cəld və minimum vaxt itkisi ilə hərraclarda iştirak edə bilər


Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) fəaliyyət istiqamətləri üzrə 31 elektron xidmət hazırlanıb və komitənin “Elektron xidmətlər” (e-emdk.gov.az), o cümlədən “Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya edilib. Tətbiq edilən elektron xidmətlərin məqsədi xidmətlərdən istifadələrini təmin etməkdir.



ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən son olaraq vətəndaşların istifadəsinə verilən “Elektron hərrac” proqramı “Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışı” prosedurunun avtomatlaşdırılmasını özündə birləşdirir.



Belə ki, bu xidmət vasitəsilə artıq vətəndaş olduğu yerdən, heç bir yerə getməyərək onlayn qaydada hərracda iştirak edə bilər. “Elektron hərrac”da iştirak etmək üçün müvafiq elektron xidmətə daxil olmaqla (e-emdk.gov.az) həmin bölmədə əmlakların hərraclarla satışı hissəsində qeyd olunan 12-ci bölməyə (Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışına aid müraciət və sənədlərin qəbulu) müraciət etmək lazımdır.



İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin “Elektron xidmətlər” portalından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.



Elektron Hərrac proqramına daxil olmaq üçün ƏMDK-nın saytında yerləşdirilmiş “Elektron hərrac” bölməsinə keçid etmək lazımdır. Həmin bölmədə verilən xanaları doldurmaqla İştirak qaydaları ilə tanış olmaq mümkündür. Sonra istifadəçinin sifariş verdiyi lotların siyahısı (Şəxsi kabinet) göstərilir. Bu şəxsi kabinetdə Administrator tərəfindən bütün istifadəçilərə real rejimdə mesajların göndərilməsi təmin edilir. Belə ki, saytın administratorları tərəfindən hərrac iştirakçılarına hərracların başlanması haqqında məlumat verilir. Hərrac başladıqdan sonra ilk beş dəqiqə ərzində heç bir iştirakçı tərəfindən təklif verilməsə, əlavə olunan bir dəqiqə ərzində bu vəziyyət yenə də təkrar olarsa hərrac dayandırılır. Hərrac rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətindən əlavə təkliflər verirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Ekranda bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur. Elektron hərracda udulmuş nəqliyyat vasitəsi müvafiq qurumlar tərəfindən qalib alıcının adına rəsmiləşdirilir.



Elektron hərracın üstün cəhətlərindən biri də qeydiyyatdan keçmədən elektron hərracın gedişatının real rejimdə izlənilməsi imkanının olmasıdır. Komitənin həyata keçirdiyi bütün bu innovativ tədbirlərin başlıca məqsədi vətəndaşların minimum vaxt itkisi olmaqla, daha operativ qaydada, müasir texnoloji üstünlüklərdən istifadə etməklə xidmətlərdən yararlanmasını təmin etməkdir.


Teqlər:
Bu xəbər cəmi 3280 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR