Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İpək Yolu atlası bəşəriyyətin ortaq mədəni irsini bir daha nümayiş etdirməyi nəzərdə tutur

İpək Yolu atlası bəşəriyyətin ortaq mədəni irsini bir daha nümayiş etdirməyi nəzərdə tutur


UNESCO-nun Çinin paytaxtı Pekində keçirilən “İpək Yolu üzərində qarşılıqlı mədəni əlaqələrin interaktiv atlası”nın hazırlanması layihəsinin birinci ekspertlər görüşündə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şahin Mustafayev də iştirak edib.



AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə UNESCO-nun bu sahədə yeni təşəbbüsü olan İpək Yolunun interaktiv atlasının hazırlanması layihəsi geniş şəkildə müzakirə edilib. Müxtəlif ölkələrdən – İngiltərə, Fransa, İtaliya, Rusiya, Çin, Koreya, Monqolustan, İran, Özbəkistan və Azərbaycandan Pekinə gəlmiş beynəlxalq ekspertlər layihənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Hazırlanacaq atlasın məqsədi, meyarları, coğrafi və xronoloji hüdudları, əhatə etdiyi mövzular və s. məsələlər haqqında mütəxəssislərin fikirləri dinlənilib.



Görüşün sonunda yekun bəyannamə qəbul edilib. Qeyd olunub ki, bu gün dünyada ekstremizm və savadsızlığın artdığı, ölkələr arasında qarşılıqlı etibarın zəiflədiyi bir dövrdə İpək Yolu atlası bəşəriyyətin ortaq mədəni irsini və xalqların bəşər sivilizasiyasına və tarixi inkişafına töhfələrini bir daha nümayiş etdirməyi nəzərdə tutur.



Qeyd edək ki, akademik Ş.Mustafayev UNESCO-nun “İpək Yolu onlayn platforması” koordinatorlar şəbəkəsinin Beynəlxalq Bürosunun vitse-prezidenti və bu proqramın Azərbaycan üzrə əlaqələndiricisidir.


Teqlər:
Bu xəbər cəmi 2200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR