Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda prezident seçkisi günü dəyişdiriləcək

Azərbaycanda prezident seçkisi günü dəyişdiriləcək
Azərbaycanda prezident seçkilərinin vaxtı dəyişdiriləcək. Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli Lent.az-a açıqlamasında deyib ki, may ayında Milli Məclis Mərkəzi Seçki Komissiyası ilə bağlı qanunvericiliyə dəyişiklik edib. Mərkəzi Seçki Komissiyasına seçki günü bayram günlərinə düşdüyü halda seçki gününü iş gününə keçirmək hüququ verilib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin 178-ci maddəsinin birinci hissəsinin tələbinə görə, prezidentin Konstitusiya ilə olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. 2013-cü ildə oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü Qurban bayramına təsadüf etdiyi üçün seçki gününün başqa bir günə keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyası qərar verməlidir: “Mərkəzi Seçki Komissiyası yaxın zamanlarda iclas keçirəcək və prezident seçkisinin iş günü olmayan günə keçirilməsi barədə qərar verəcək”.

Teqlər:
Bu xəbər cəmi 1280 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR