Dünən “Maşın” realiti-şousunu tərk edən rejissor Kənan M. M. əlini avtomobildən çəkmə səbəbini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, rejissor İnstaqram hesabındakı açıqlamasında çoxluqla mübarizə aparmağa gücünün çatmadığını bildirib:
“Maşın əldən getdi, Kənan əldən getməsin. Səs verən hər kəsin qarşısında baş əyirəm, var olun, mükəmməlsiniz. Oruc ola-ola əsəblərə hakim olmaq çətindir. Haqqınızı halal edin. Böyük hədəf mən idim, nə vaxtsa vuracaqdılar. Çoxluqla mübarizə aparmağa gücüm çatmadı. Tamaşaçılarımdan beş gün dalbadal səs istəməyə utandım. Özüm kimi getdim, özüm kimi qayıtdım. Mən maşından əl çəkdim, xasiyyətimdən deyil. Yaşasın Azərbaycan! Və ən əsası adımı kimsə çəkə bilmədi”, - deyə Kənan Mahmudov vurğulayıb.