Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi üçün sertifikatlaşdırma mərkəzi yaradılıb.
“Yenimeydan.info”nun Trend-ə istinadən məlumatına görə, elektron imza çiplərinin yeni şəxsiyyət vəsiqələrinə inteqrasiyası ilə məşğul olan mərkəz ilin sonunadək test rejimində işləyəcək.
Plana əsasən, mərkəz 2017-ci ilin dekabrında istifadəyə veriləcək və 2018-ci ilin yanvarından vətəndaşlara yeni şəxsiyyət vəsiqələrin verilməsi başlanacaq.