Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

QİÇS-dən ölüm halları 45 faiz azalıb

QİÇS-dən ölüm halları 45 faiz azalıb


QİÇS əleyhinə mübarizədə böyük uğurlar qazanılıb. İnsanın immun çatışmazlığı virusuna (İİÇV) yoluxanların antiretrovirus terapiyadan istifadə imkanları son illər genişlənib. Bu virusdan ölüm hallarının azalması müşahidə olunur. Uşaqlar arasında yeni yoluxma faktlarının sayı iki dəfə azalıb. Bütün bunlar göstərir ki, bəşəriyyət qazanılmış immun çatışmazlığı sindromunu (QİÇS) aradan qaldırmağa hazırdır. Amma bunun üçün profilaktik tədbirləri möhkəmləndirmək və bu işə əlavə resurslar ayırmaq lazımdır.Milletinsesi.az BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikir BMT-nin Baş katibi Antoniu Quterrişin qurumun Baş Məclisinin nümayəndələrinə təqdim olunmuş yeni məruzəsində yer alıb.   BMT-nin başçısı hesab edir ki, İİÇV-yə yoluxanların müalicə ilə təmin olunması səhiyyə sahəsinin ən böyük nailiyyətlərindəndir. Antiretrovirus terapiya ilə təmin olunmuş İİÇV-li insanların sayı artaraq 2016-cı ilin ortalarında 18,2 milyon nəfərə çatıb. QİÇS-lə bağlı ölüm hallarının sayı 45 faiz azalaraq, 2005-ci ildəki pik səviyyədən - 2 milyon nəfərdən 2015-ci ildə 1,1 milyon nəfərə çatıb.   Məruzədə deyilir ki, 2016-cı ildə İİÇV-yə yoluxmuş 36,7 milyon adam qeydə alınıb. Sənəddə deyilir ki, bu gün profilaktik tədbirlərə diqqət yetirmək və könüllü testlənmə xidmətini möhkəmləndirmək lazımdır. Axı 2015-ci ilin sonunda İİÇV-yə yoluxmuş adamların yalnız 60 faizi öz statusundan xəbərdar idi.   Baş katib QİÇS əleyhinə mübarizəyə investisiyaların ildə 7 milyard ABŞ dolları məbləğində kəsirini aradan qaldırmağa və maliyyə resurslarından səmərəli istifadə etməyə çağırıb. Onun sözlərinə görə, bu, on milyonlarla İİÇV-yə yoluxma və QİÇS-in səbəb olduğu ölüm hallarını aradan qaldırmağa imkan verəcək.   A.Quterriş BMT-nin 2030-cu ilə qədər QİÇS epidemiyasına son qoymaq vədini xatırladıb.   Yeni məruzədə deyilir ki, İİÇV-yə yeni yoluxma hallarının sayının sürətlə artdığı regionlar Şərqi Avropa və Mərkəzi Asiyadır. Onların yarısı inyeksiya narkotiklərindən istifadə edənlərin payına düşür.


Teqlər:
Bu xəbər cəmi 2170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR