BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirməklə bağlı yekdilliklə qərar qəbul edib.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Boliviyanın BMT-nin Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Saşa Yorentti səsvermənin nəticələrini şərh edərkən bildirib ki, qətnamə layihəsinin əleyhinə 15 səs olub.
Sənəd Şimali Koreya qadağan olunmuş raket sınağını həyata keçirəndən sonra ABŞ tərəfindən hazırlanıb.
Qətnamədə Pxenyan raket-nüvə sınağına təcili son qoymağa çağırılıb.