Bakıda və Abşeron yarımadasında iyunun 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında iyunun 4-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
frame allowfullscreen="true" allowtransparency="true" frameborder="0" height="1000px" name="f187eb8a9142b94" scrolling="no" src="https://www.facebook.com/plugins/like.php?action=like&app_id=442959889239575&channel=http%3A%2F%2Fstaticxx.facebook.com%2Fconnect%2Fxd_arbiter%2Fr%2F0F7S7QWJ0Ac.js%3Fversion%3D42%23cb%3Df122f477af31474%26domain%3Dqafqazinfo.az%26origin%3Dhttp%253A%252F%252Fqafqazinfo.az%252Ff667a274680214%26relation%3Dparent.parent&container_width=640&href=https%3A%2F%2Fwww.facebook.com%2Fqafqazinfo%2F&layout=button_count&locale=az_AZ&sdk=joey&share=false&show_faces=true&size=small" style="box-sizing: border-box; width: 0px; max-width: 100%; height: 350px; position: absolute; border-width: initial; border-style: none; visibility: hidden;" title="fb:like Facebook Social Plugin" width="1000px">