Səbail rayonunda “Əhali ilə aktiv gürüşlər aylığı” çərçivəsində növbəti tədbir keçirilib.
Səbail RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüşün əsas məqsədi vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.
Görüş 132-134 saylı Təhsil Kompleksində mərkəz ərazidə yaşayan sakinlər, buradakı idarə, təşkilat və müəssisələrin, ağsaqqallar və gənclərin nümayəndələrinin, bələdiyyə üzvlərinin və təsərrüfat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbirdə çıxış edən Səbail RİH-in rəsmiləri, millət vəkili və başqaları əhalinin sosial vəziyətinin yüksəldilməsinə və regionların inkişafına və tikinti sektorunun inkişafına yönəldilən tədbirlərdən, olkədə keçirilən beynəlxalq miqyaslı tədbir və idman yarışlarından danışıblar.
Sakinlər çıxışlarında onları narahat edən məsələlər barədə məlumat veriblər.