İmişlidə yanğın olub. "Qafqazinfo" ARB TV-yə istinadən xəbər verir ki, dəhşətli yanğın hadisəsi İmişli rayonu Yalavac kəndində, İbrahimovlar ailəsinə məxsus evdə baş verib.
Ailə üzvləri başqa yerdə olduqları üçün hadisədən gec xəbər tutublar.
Qəzənfər İbrahimov evin qısaqapanmadan yandığını bildirib:
"Evdə olmamışıq. Xəbər gəldi gördük ki, yanır. Yanğınsöndürənlər də gələnə kimi bu cür oldu. Evdə 28 min manat pul, gəlinlərin və yoldaşımın qızılları, mebellərimiz, oğlumun hərbi bileti yanıb".