Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gömrük senzura ilə məşğul olur?

Gömrük senzura ilə məşğul olur?


Azərbaycan gömrükçüləri Müharibə və Sülhün İşıqlandırılması İnstitutunun regional nümayəndəliyinin direktoru, jurnalist Şahin Rzayevdən erməni müəllif Tatul Akopyanın “Qarabağ gündəliyi. Yaşıl və qara” kitabını müsadirə ediblər. Bu haqda Turan-a Rzayev özü bildirib. Bu, dünən Böyük Kəsik gömrük məntəqəsində Rzayev Gürcüstandan “İnternyus”un tədbirindən qayıdarkən baş verib.



Gömrükçülər kitabı müsadirə edərək, bunu kitabın “Ermənistanda dərc edilməsi” ilə əsaslandırıblar, bu haqda protokolda yazıblar. “Mən soruşdum: “Mən Ermənistanda dərc edilmiş “Yevgeni Onegin” gətirsəydim, onu da müsadirə edəcəkdiniz? Mənə “bəli” cavabı verdilər”, deyə Rzayev bildirib.



Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı kitabın müsadirə olunmasını Turan-a şərh edərkən baş verənləri “senzura” və vətəndaşların informasiya əldə etmək və yaymaq hüququnun pozulması adlandırıb. Hacılının sözlərinə görə, hətta rəsmi oalraq qadağan edilmiş kitabı oxumaq və araşdırmaq üçün bir nüsxədə gətirmək olar. İstənilən halda, bu məsələni gömrük əməkdaşı həll etmir.



Hətta ekstremizmin təbliğinin qarşısının alınması məqsədilə istənilən ədəbiyyatın yayılmasının qadağan edilməsi haqqında qərarı məhkəmə qəbul edə bilər. Yenə də bu qərar tək-tük nüsxələrin deyil, kütləvi şəkildə yayılma ilə bağlıdır.


Teqlər:
Bu xəbər cəmi 1285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR