Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 2017-ci ildə ölkəyə gələn turistlərin sayını açıqlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda 89 ölkədən ziyarətçi gəldiyi qeyd edilib.
Siyahıya ötən olduğu kimi bu il də Gürcüstan başçılıq edib. Geridə qalan 5 ay ərzində 639 mindən çox Gürcüstan vətəndaşı Türkiyəyə üz tutub.
İkinci pillədə isə İran vətəndaşları yer alıb. 614 min iranlı turist Türkiyəni ziyarət edib.
Siyahıda üçüncü pilləni isə 578 min turistlə Almaniya tutub. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə gedən almanların sayı 162 min nəfər azalıb.
Statistikaya görə, bu ilin 5 ayı ərzində 187 min nəfər Azərbaycan vətəndaşı da qardaş ölkəni ziyarət edib. Bu rəqəm 2016-cı ildə isə 116 min nəfər olub. Azərbaycan siyahıda 7-ci pillədədir.
Maraqlısı budur ki, Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla bütün sərhədlərini bağlayan Türkiyəyə bu il 10 mindən çox erməni turist gedib. Ermənistan bu göstərici ilə siyahıda 63-cü pillədədir.