Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Barama əməkdaşları məktəblilərlə maarifləndirici görüşdə iştirak ediblər

Barama əməkdaşları məktəblilərlə maarifləndirici görüşdə iştirak ediblər


Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları Chevron Xəzər LTD-nin dəstəyi və Junior Achievement Azerbaijan-nın təşkilatçılığı ilə “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində məktəblilərə dəstək olublar.



Şirkətdən Trend-ə verilən məlumata görə, Mərkəz əməkdaşları Fidan Tofidi və İradə Məmmədova layihə çərçivəsində məktəblilərlə keçirilən görüşdə iştirak ediblər. 2016-2017-ci tədris ilində həyata keçirilən “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin yekun mərhələsi olaraq təşkil edilən tədbirin əsas məqsədi əmək bazarında müxtəlif peşə sahələri üzrə mümkün karyera və iş imkanları barədə şagirdləri maarifləndirmək idi. Sözügedən görüşdə Bakı və ətraf rayonlarda yerləşən doqquz ümumtəhsil müəssisəsindən (Neftçi Qurban adına 288 saylı orta məktəb, Əliheydər Kazımov adına 228 saylı orta məktəb, C. Cabbarlı adına 161 saylı tam orta məktəb, Bakı Avropa Litseyi, 49 saylı “İntelekt” məktəb-lisey, 163 saylı tam orta məktəb, 6 nomrəli məktəb-lisey, Elşən Sultanov adına 217 saylı tam orta məktəb,147 saylı texniki humanitar liseyi) layihənin təlimlər mərhələsində fəallığı ilə seçilmiş 110 şagird iştirak edib.



Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları proqram iştirakçılarına karyera seçiminin məktəbdə tədrisinin əhəmiyyətindən, incəsənət sahəsində uğurlu karyeranın mümkünlüyündən, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Barama İnnovasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verərək bildiriblər ki, Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış bir layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, 40–ı uğurla başa çatıb, onlarla şirkət yaranıb.



Görüşün ikinci hissəsində şagirdlərə qrup şəklində hər bir peşəkar ilə dəyirmi masa arxasında maraq sahələrinə uyğun müzakirə aparmaq imkanı yaradılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları müzakirələrdə fəallıqları ilə seçiliblər.



Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz



Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.


Teqlər:
Bu xəbər cəmi 1725 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR