Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elmar Məmmədyarov anlaşma memorandumu imzalayıb

Elmar Məmmədyarov anlaşma memorandumu imzalayıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Banqladeş nümayəndə heyətinin səfərini yüksək qiymətləndirmiş və bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfələr verəcəyinə əminlik ifadə etmişdir. Azərbaycanla Banqladeş arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir Elmar Məmmədyarov, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirmişdir. Nazir, həmçinin iki ölkə arasında iqtisadi, enerji, turizm, humanitar, mədəni sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etmiş və iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin hazırlamaq məqsədilə müqavilə-hüquq bazasının möhkəmləndirilməsini, xüsusilə ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması üzrə sazişlərin hazırlanmasının zəruriliyini nəzərə çatdırıb. Banqladeşin xarici işlər naziri xanım Dipu Moni ölkəmizə səfərindən məmnun olduğunu qeyd edərək, Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirmişdir. Xanım Dipu Moni hazırda iki ölkə arasında imzalanması nəzərdə tutulan 11 sənədin mətni üzərində iş getdiyini, bunlardan üçünün bu səfər çərçivəsində imzalanacağını diqqətə çatdırdı. O, həmçinin ölkəsinin Azərbaycanla miqrasiya, tikinti və gəmiqayırma sahəsində də əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu qeyd edib. Xanım Dipu Moni Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ərazi bütövlüyünü və ədalətli mövqeyini hər zaman dəstəklədiklərini bəyan edib. Bu dəstəyə görə rəsmi qonağa təşəkkürünü çatdıran Elmar Məmmədyarov, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüşdə tərəflər, həmçinin banqladeşli tələbələrin ölkəmizin ali məktəblərində təhsil alması, ARDNŞ ilə Banqladeş Neft Şirkəti arasında əməkdaşlığın yaradılması ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdən sonra nazirlər hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair anlaşma memorandumunu imzalanıb.

Teqlər:
Bu xəbər cəmi 1400 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR