Xalq Bank “World MasterCard Black Edition məhsulunun Azərbaycan bazarında ilk təqdim edən bank” və “MasterCard Debit kartlarının sayını nisbət olaraq ən çox artıran ikinci bank” nominasiyalarında MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən təltif edilib.
Bankdan Trend-ə verilən məlumata görə, cari ilin mart ayında Xalq Bank və MasterCard beynəxalq ödəniş sistemi, Azərbaycanda ilk dəfə olaraq “Premium Banking” müştəriləri üçün dünyanın istənilən ölkəsində pulsuz MasterCard Concierge xidməti, hava limanlarında yerləşən 1000-dən artıq VIP-zaldan sərbəst istifadə hüququ, 750 000 EUR-dək sığorta təminatı olan pulsuz səyahət sığorta proqramı, pulsuz İnternet Bank, Mobil Bank, SMS-məlumatlandırma xidmətləri, təmassız ödəmə imkanı verən, eləcə də ölkə xaricində kartın təcili bloklanması, təcili əvəzlənməsı, təcili nağdlaşdırılma və ödənişin kartsız həyata keçirmə funksiyasına malik yeni “World Mastercard Black Edition” kartını təqdim etmişdilər. World MasterCard Black Edition kartını əldə etmək üçün bankın "Baş" filialına müraciət etmək lazımdır.
Xalq Bank 2011-ci ildən MasterCard beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. MC Debit, MC Standard, MC Business və MC Gold kartları Xalq Bankın istənilən filialında pulsuz təqdim edilir.
Xalq Bankın kartları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.