Rusiyanın “Uralskiye avialinii” aviaşirkəti may ayının sonlarından etibarən Sankt-Peterburq - Bakı reysi ilə uçuşlar həyata keçirməyə başlayacaq.
Trend-in şirkətə istinadən verdiyi məlumata görə, birinci reys mayın 27-si baş tutacaq.
Uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Qeyd edək ki, “Uralskiye avialinii” bu marşrut üzrə uçuşların həyata keçirilməsi üçün icazəni bu ilin fevralında əldə etmişdi.