Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan Ermənistana qaz ixracının şərtlərini açıqlayıb

Azərbaycan Ermənistana qaz ixracının şərtlərini açıqlayıb
“Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişərsə...”


“Azərbaycanla hərbi-siyasi münaqişə vəziyyətində olan Ermənistan dövlətinin indiyə qədər tutduğu qeyri-konstruktiv mövqe erməni xalqını açınacaqlı duruma salmışdır”. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ARDNŞ-in bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Azərbaycan təbii qaz ixracatçısı olan ölkələr sırasında özünə layiqli yer tutur. Region ölkələrindən Gürcüstan və Türkiyənin təbii qaz təminatında mühüm rol oynayan respublikamız Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşdirilməsi istiqamətində Avropa Birliyi ilə məqsədyönlü surətdə intensiv iş aparır:



“Artıq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Transanadolu qaz boru kəməri (TANAP) layihəsi “Cənub qaz dəhlizi”nin əsas elementi kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş, bu istiqamətdə Türkiyə şirkətləri ilə ARDNŞ arasında səmərəli əməkdaşlıq şəraitində ilk uğurlu addımlar atılmışdır. “Şahdəniz” konsorsiumu Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi konsepsiyası çərçivəsində bu ölkələrə qaz tədarükünün həyata keçiriləcəyi qaz boru kəmərləri marşrutları üzrə yekun qərar verilməsinə yaxındır.



Ermənistan coğrafi baxımdan Azərbaycana qonşu dövlətdir və Azərbaycan daim bu coğrafi məkanda öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşayıb, bunu tarix boyu bütün dünyaya nümayiş etdirib. Ermənistan isə separatçılıq və aqressiv millətçilik yolunu tutaraq, təcavüzkar işğalçılıq siyasəti yeritmiş, Azərbaycanın əbədi və əzəli torpaqlarının böyük bir hissəsini işğal etmiş, bir milyondan artıq azərbaycanlının öz doğma ev-eşiyindən didərgin düşməsinə səbəb olub. Ermənistan hakimiyyəti bu gün də beynəlxalq hüququn normalarına məhəl qoymayaraq, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək niyyətində olmadığını nümayiş etdirməkdən çəkinmir. Halbuki bununla ilk növbədə öz xalqının həyati maraqlarına qarşı çıxır, öz ölkəsində və bütövlükdə regionda sosial-iqtisadi inkişafa əngəl yaradır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişərsə, münaqişənin dinc yolla, danışıqlar yolu ilə və ən əsası, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olarsa, həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli enerji layihələrinə cəlb edilə bilər. 



Yuxarıda qeyd olunan şərtlər daxilində Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə də baxıla bilər”.


Teqlər:
Bu xəbər cəmi 1035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR