"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1,8 faiz artacağını gözləyir.
Trend-in məlumatına görə, bunu agentliyin bank analitiki Petr Paklin Moody's-in Azərbaycan üzrə illik konfransında deyib.
O qeyd edib ki, ÜDM-in artımı neftin qiymətindən əhəmiyyətli dərəcədə asılıdır:
"Əgər neftin qiyməti bir barelə görə 50 dollardan yuxarı səviyyədə qalarsa, o zaman dövlət iqtisadi siyasəti dayandıracaq və dövlət investisiyalarını artıracaq".