Ali məktəblərin özəlləşdirilməsi təklif olunur-VİDEO
Təhsil ocaqları isə dövlət hesabına təhsil alan tələbələrin sayının artırılmasında maraqlıdır
Dövlət büdcəsinin yükünün azaldılması üçün ali məktəblərin özəlləşdirilməsi, ödənişli təhsilin genişləndirilməsi təklif olunur. Parlamentin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı deyir ki, əgər bir sıra universitetlər özəlləşdirilsə, dövlət büdcəsinin yükü azalar, bununla həm də təhsildə keyfiyyət artar: “Onsuz da əhalinin müəyyən təbəqəsi məcburi köçkün ailələri, şəhid övladları valideynlərini itirmiş şəxslər qanunla təhsil hüququndan azad olunub. Odur ki, ödənişli təhsilin artırılması sosial narazılığa gətirib çıxarmayacaq”.
TQDK-nin məlumatına görə, ötən il ali təhsil müəssisələrində tələbə yeri 34 min olub, 11 mini dövlət sifarişli yerlərdir, boş qalan yerləri nəzərə alsaq, pullu təhsil alanların ümumi sayı 21 minə yaxındır.
Texniki Universitetin rektoru Havar Məmmədov deyir ki, 3-4 il əvvəl ödənişli təhsil alan tələbələrlə dövlət hesabına oxuyanların sayı təxminən yarıbayarı idi. Son illər isə ödənişsiz təhsil yerləri azaldılıb. Amma rektor deyir ki, ali məktəblər dövlət hesabına təhsil alan tələbələrin sayının artırılmasında maraqlıdır, nəinki ödənişli təhsilin tətbiqinin genişləndirilməsində.
Qeyd edək ki, ali təhsilin ödənişli olması kimi təkliflər hələlik elm haqqında qanun layihəsində nəzərdə tutulmayıb.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.